Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” ilk oyunundan öncə təşkil olunan mətbuat konfransında Macarıstan klubunun futbolçusu Nuqen Tokmak jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi…
– “Qarabağ” çox yaxşı komandadır. Bu mərhələdə zəif rəqib olmur. Yaxşı oyun gözləyirəm.
– Baş məşqçiniz məsafənin uzaqlığından şikayətlənmişdi. Sizcə, bu, komandaya necə təsir edə bilər?
– Məncə, hər şey qaydasındadı. Hər iki komanda üçün eyni şərait olacaq.
– “Qarabağ”ın heyətində zədəli və cəzalı futoblçular var. Bunu özünüz üçün üstünlük hesab edirsiz?
– Belə düşünmürəm. “Qarabağ”ın yaxşı futbolçuları var. İtkilər barədə məlumatım yoxdur. İstənilən halda, “Qarabağ” çox yaxşı komandadır.