Kateqoriyasız

Stanislav Çerçesov: “Hər komandanın güclü və zəif tərəfləri olur”

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” ilk oyunundan öncə təşkil olunan mətbuat konfransında Macarıstan klubunun baş məşqçisi Stanislav Çerçesov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi…

– Sabah çox çətin oyunumuz olacaq. “Qarabağ” çox güclü komandadır. Hər bir komandanın güclü və zəif tərəfləri olur. Bunun üzərində çox dayanmaq istəməzdim. Bütün müsbət və mənfi amilləri nəzərə almalıyıq.

– Bundan əvvəlki cütdə “Ferentsvaroş” “Slovan”la mübarizədə favorit sayılımırdı. Bu dəfə cütün favoriti kimdir?
– Evdə məğlub olduğumuza görə “Slovan” favorit hesab olunurdu. Hər şey sıfırdan başlanır. Sabah qonaq komandayıq. Yalnız bu cəhətdən ev sahibi “Qarabağ” favorit ola bilər. Ümumən bu cütdə kiminsə favorit olduğunu deyə bilmərəm. Sabahkı oyun göstərəcək.

– “Qarabağ” çox hücumameyilli futbol oynayır. Sizcə, sabah müdafiədən çıxış edəcəklər?
– Komandanın müəyyən üslubu var. Oyunun gedişi rəqibin nə qədər imkan verməsindən asılı olacaq. Ona görə də sabah hər şey bilinəcək.

– “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 14 ildir, bu komandanı çalışdırır. Uğurlu və peşəkar olmaqdan əlavə baş məşqçiyə hansı keyfiyyətlər lazımdır ki, bir yerdə bu qədər uzun müddət işləsin?
– Bu qədər uzun müddət komandanı idarə etmək üçün işi mükəmməl bilmək, onu sevmək, uğur qazanmağın yolunu tapmaq lazımdır. Eyni zamanda klubu sevmək və rəhbəliklə uzun müddət işləyəcək səviyyədə dil tapmaq mütləqdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43