“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, “köhlən atlar” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olub. “Groupama Arena”da keçirilən matçdan təmsilçimiz 3:1 hesabı ilə qalib ayrılaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Ağdam klubu pley -offda “Viktoriya” (Plzen, Çexiya) klubu ilə qarşılşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
“Ferentvaroş” – “Qarabağ” – 0:3
Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
9 avqust
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)
VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva
Budapeşt, “Groupama Arena”
İlk oyun – 1:1.