“Qarabağ” hücumçusu Musa Qurbanlı ilə bağlı heç bir rəsmi təklif almayıb.
Bunu klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
“Hazırda Antlyada “Poqon”la bir oteldə qalırıq. Ancaq bu xəbərlərlərin həqiqət payı sıfırdır. Bu, müzakirə mövzusu deyil. Musa ilə bağlı klubumuza heç bir rəsmi təklif olmayıb”.
Qeyd edək ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa bu mövsüm “Qarabağ”ın heyətində 21 oyuna 14 qol vurub, 4 məhsuldar ötürmə edib. (qol.az)