Misli Premyer Liqasında XXXIV turun daha iki oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Matş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticənin ardından “qırmızı-qaralar” 48 xalla 4-cü, Tovuz klubu isə 38 xalla 6-cı pillədə qərarlaşıb.
Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olub. Ağdam təmsilçisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılaraq vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
“Köhlən atlar” bununla da 10-cu ölkə çempionluğunu əldə edib.
Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla 9-cu sırada yer alıb.
Azərbaycan Premyer Liqası
XXXIV tur
13 may (şənbə)
18:00. “Qəbələ” – “Turan Tovuz” 1:2
Qırmızı: Urfan Abbasov ,56 (Qəbələ)
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.
20:30. “Səbail” – “Qarabağ” 0:3
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.