Kateqoriyasız

ABŞ-da het-trik edən Rüfət Dadaşova tərif

ABŞ-ın “Fenik Rayzinq” klubunun baş məşqçisi Rik Şans Azərbaycan millisinin üzvü Rüfət Dadaşov haqda fikirlərini bildirib. O, USL liqasında mövsümün ilk turunda “Portlend 2” ilə qarşılaşmada (6:1) het-trik edən hücumçunun yaxşı qol duyumunun olduğunu söyləyib:

“Görünür, onun üçün hazırlıq matçları böyük məna kəsb etmir. Çünki hələ komandada qol hesabını açmamışdı. Bu oyunda isə əlinə düşən bütün imkanları qola çevirdi. Bilirik ki, Rüfət qol vura bilir. O, Solonun keçidlərinin sonunda bu imkanı əldə edir”.

Bu ilin yanvar ayında Almaniyanın “Proyssen” klubundan ABŞ təmsilçisinə keçən Dadaşov hazırlıq matçlarında özünü göstərə bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43