İdman

AÇ-nın finalında qol vuran futbolçu Rusiya çempionatında

Portuqaliya millisinin və Fransanın “Lill” klubunun hücumçusu Eder yeni mövsümdən karyerasını Rusiyada davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı futbolçu Moskva bir mövsüm “Lokomotiv”ində icarə əsasəlnda çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumatı yayıb. Eder yeni klubunda 24 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Eder son Avropa çempionatının Fransaya qarşı final oyununda Portuqaliyaya qələbə qazandıran yeganə qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43