Ölkə futbolu

Prosineçkinin ilk dəfə şans verdiyi Xəlilzadə: “Milliyə dəvət almağımda”Kəpəz”lə oyunun da rolu böyük oldu”

2018-ci ildə Rusiya keçiriləcək Dünya çempionatının seçmə mərəhləsinin oyunları çərçivəsində sentyabrın 1-də səfərdə Norveç, üç gün sonra isə Bakıda San Marino ilə qarşılaşacaq yığmamızın heyəti artıq məlumdu.

İdmanxeber.com-un məlumatına görə, yeni açıqlanan siyahıda baş məşqi Robert Prosineçkinin "Zirə"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadəyə də şans verməsi sürpriz olmadı. Klubunda stabil çıxışı ilə diqqət çəkən, son olaraq "Kəpəz"lə qarşılaşmada yüksək performans sərgiləyən 24 yaşlı futbolçu milliyə dəvət alması ilə bağlı təəssüratlarını saytımızla saytı ilə bölüşdü: 

"Sevincim, hədsizdi. Bu mənim milliyə ilk dəvətimdi, əlbəttə, xəbəri eşidəndə həyəcanlandım. Məsuliyyəti çox gözəl dərk edirəm. Milli komandaya dəvət olunmaqla iş bitmir. Hələ mən yolun başındayam. Demək ki, məşqçilərimiz Azərbaycan çempionatının bütün oyunlarını izləyib, qiymət verirlər. Yəqin ki, yığmaya dəvət almağımda"Kəpəz"lə oyunun da rolu böyük oldu. Hər halda daha əvvəl də izləyirlərmiş. Qiymət verən hər kəsə öz təşəkkürümü bildirirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43