Kateqoriyasız

Adil Şükürovdan qələbə şərhi

“Zirə”nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Xəzər Lənkəran”a qalib gəldikləri oyunu (1:0) şərh edib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, çətin bir oyunda qələbə qazandıqlarını bildirib:

“Buna görə çox şadam. Futbolda daim qələbə qazanılması mümkün deyil. “Rəvan”a məğlubiyyətdən sonra bilirdik ki, çətin bir görüşə çıxırıq. Sevinirəm ki, psixoloji gərginliyi aradan qaldırıb, qələbə qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43