Kateqoriyasız

AFFA cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun 1/8 mərhələsi və  Azərbaycan Premyer Liqasının 14-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Xəzər Lənkəran” – “Kəpəz” matçında “Xəzər Lənkəran”  klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunuB.      

Azərbaycan kubokunun 1/8 mərhələsinin AZAL – “Zirə” matçının 60-cı dəqiqəsində AZAL klubunun futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Rəvan” – “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun  rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ”  – “Mil-Muğan” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun  futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt” – “Kəpəz” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43