İdman

AFFA-dan millimizin üzvləri üçün yarım milyonluq mükafat!

AFFA IV İslam Həmrəylik Oyunlarından iştirak edən və qızıl medalların sahibi olan 23 yaşadək futbolçulardan ibarət milli komandamızı mükafatlandırıb.

Qurum turnirin iştirakçısı olan hər bir futbolçuya 20 min manat mükafat verib.

Sözügedən turnirdə millimizin heyətində 23 futbolçu yer alıb. Futbolçulara verilən məbləğ ümumilikdə 460 min manat edir. Məşqçilərin də mükafatını nəzərə alsaq, bu məbləğin 500 min manatı keçdiyini söyləyə bilərik (Futbol11.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43