Ölkə futbolu

AFFA-dan şok cəza: 25 yaşlı futbolçu futboldan uzaqlaşdırıldı

“Şahdağ”ın hücumçusu Yusif Yusifzadənin 2 il müddətinə futbol fəaliyyətinə qadağa qoyulub. Noyabrın 3-də keçirilən “Şahdağ” – “Araz Naxçıvan” oyununun 87-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərib.

28 oktyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Şəmkir” – “Şahdağ” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 52-ci dəqiqəsində “Şahdağ” klubunun 23 №-li futbolçusu Sərxan Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

Matçın 90-cı dəqiqəsində “Şəmkir” klubunun 20 №-li futbolçusu Seyhun Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.

01 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 100 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimlərə hədə-qorxu gəldiyi üçün 10 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur.

02 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Kəpəz” – “Karvan” matçının 81-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

03 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Ağsu” – “Mil-Muğan” matçının 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elşən Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

03 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Şahdağ” – “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulur və klub 2000 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43