İdman

AFFA “Energetik” klubunun futbolçularını cəzaya “boğdu”

AFFA nizam-intizam komitəsinin növbəti iclası keçirib.

İdmanxeber.com-un məlumatına görə, cilasda aşağıdakı qərarlar qəbul olunub: 

Regional Liqanın “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Oyunun 66-cı dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kənan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 78-ci dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
Oyunun 78-ci dəqiqəsində “Energetik” klubunun 7 №-li futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43