Milli komanda

AFFA jurnalistlərdən üzr istədi – De Byaziyə görə

AFFA rəhbərliyi idman jurnalistlərindən üzr istəyib.

İdmanxeber.az-ın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Belçika ilə oyundan sonra (0:5) millinin baş məşqçisi Canni De Byazinin jurnalistlərin ünvanına işlətdiyi ifadəyə görə, AFFA rəhbərliyi media mənsublarından üzr istəyib.

Qeyd edək ki, De Byazi Belçika ilə oyundan sonra jurnalistlərin ona ünvanladığı suallardan hiddətlənərək, onların ünvanına kobud ifadələr işlətmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43