İdman

AFFA klublara lisenziya payladı

Bu gün AFFA-nın inzibati binasında 2018/19-cu il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43