Ölkə futbolu

AFFA milli komandamızı türkiyəli baş məşqçiyə tapşırır: “Ən real namizədlərdən biriyəm”

Türkiyəli mütəxəssis Yılmaz Vural futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ola bilər.

İdmanxeber.com “acunn.com”a istinadən xəbər verir ki, Berti Foqtsun gedişindən sonra millidə boş qalmış baş məşqçi postuna namizədlərdən biri də Yılmaz Vuraldı. Çalışdırıcı açıqlamasında “Azərbaycanda burdakı qədər sevilirik. Azərbaycana getdikdə gömrükdə pasport soruşmurlar. Mədəniyyətimiz, dilimiz birdi deyə xarici sayılmırıq. Hər zaman Azərbaycanın gündəmindəyik” – deyib.

Təcrübəli mütəxəssis ona rəsmi bir təklifin olmadığını, ancaq millimizə namizədlər arasında yer aldığını bildirib:

“Azərbaycan Futbol Federasiyasından hər hansı bir rəsmi təklif olmayıb. Ancaq adımız siyahıda var. O milliyə ən real namizədlərdən biriyəm”.

Daha sonra heç bir milli komandaya baş məşqçilik etməyən mütəxəssis sözlərinə belə davam edib:

“Azərbaycan millisinin potensialı var. Bir xeyirimiz dəyəcəksə sevinərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43