Ölkə futbolu

AFFA-nın gəlir və xərcləri açıqlandı

Bu gün keçirilən Hesabat Konfransında  ötən il qurumun büdcəsinə 25 milyon 456 min 685 manat vəsait daxil olduğu açıqlanıb.

Bunun 11 milyon 50 min 500 manatı AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən ayrılıb. 3 milyon 54 min 145 manatı UEFA-dan, 4 milyon 173 min manatı milli komandanın yayım hüququndan, 3 milyon 404 min 162 manatı FİFA-dan, 2 milyon 909 min 172 manatı “AzərİdmanServis” şirkətindən, 172 min 726 manatı “Bakcell”dən, 118 min manatı “Paşa Sığorta”dan, 53 min 100 manatı “Boulevard Hotel”dən, digər 521 min 880 manat isə başqa mənbələrdən əldə edilib.

Qurumun ötənilki xərci isə  21 milyon 201 min 286 manat olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43