Ölkə futbolu

AFFA-nın möhtəşəm planı: komanda sayı 14-ə çatdırılır, “Qəbələ” isə…

Azərbaycan Premyer Liqasında 2024-2025 mövsümündən komanda sayının artırılacağı geniş müzakirə mövzusudur. AFFA İcraiyyə Komitəsinin növbəti iclasında nəhayət bu mövzü müzakirəyə çıxarılacaq.

Görünən odur ki, növbəti mövsüm APL-də komanda sayının artacağı dəqiqdir. 10 klubun mübarizə apardığı çempionat artıq tarixə qovuşur. Komanda sayının artırılması ilə bağlı İdmanxeber.az saytına etibarlı mənbədən maraqlı məlumat daxil olub. 

Belə ki, növbəti mövsüm Premyer Liqada iddia edildiyi kimi 12 yox, 14 komanda ola bilər. Yeni AFFA rəhbərliyi futbolda kütləviliyin artması üçün bu istiqamətdə ciddi çalışma içərisindədir. Cari mövsüm sonuncu yeri tutacağı böyük ölçüdə dəqiqləşən “Qəbələ”nin isə çempionatı tərk etməyəcəyi bildirilir. 

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah” oyunundan sonra “niyə bizim çempionatda 14-16 komanda olmasın?” fikirləri də hazırda növbəti mövsüm üçün nəzərdə tutulan plandan xəbər verir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43