İdman

AFFA Premyer Liqanın yeni sakinlərini nə vaxt açıqlayacaq?

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək.

İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

I Divizionda “Turan Tovuz” çempion olub. “Səbail” 2-ci, “Ağsu” isə 3-cü pilləni tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43