Ölkə futbolu

AFFA “Qəbələ” və “Bakı”nı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəri iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bugün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 1000 manat cərimə olunur(maddə 62).

Əvəzedici heyətlərin XVI turunun “Bakı”  – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Bakı”  klubunun 47 №-li futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 84-cü dəqiqəsində “Bakı”  klubunun 15 №-li futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).

I Divizionun XV turunun “Göyəzən” – “Bakılı” matçının 83-cü dəqiqəsində “Göyəzən” klubunun 4 №-li futbolçusu Sənan Yusifov və “Bakılı” klubunun 21 №-li futbolçusu Şəhriyar Əhmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3)

I Divizionun XV turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Oyunun 82-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 44 №-li futbolçusu Murad İsgəndərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyun bitdikdən sonra “Turan Tovuz” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43