Ölkə futbolu

AFFA “Rəvan”ı yıxıb-sürüdü: “Neftçi”yə dəyən ziyanı “aslanlar” ödəyəcək

Bu gün AFFA İK-inin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qurum Coca-Cola U-13 Liqasının “Neftçi” – “Rəvan” matçında baş vermiş qayda pozuntularına hüquqi qiymət verib. 

“Rəvan” klubunun Akif Qasımov adlı azarkeşi meydançanın ətrafındakı hasarı sındıraraq meydançaya daxil olmuş, hakimi təhqir etmiş və ona fiziki təsir göstərməyə cəhd etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

· Akif Qasımovun “Rəvan” klubunun iştirakı ilə olan matçlarda bir il müddətinə stadiona girişinə qadağa qoyulub.

·  “Rəvan” klubu dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.  

· “Rəvan” klubu 1000 manat məbləğində cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43