Ölkə futbolu

AFFA “Sumqayıt”a cəza yağdırdı – baş məşqçi, qapıçı və azarkeşə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib
İdmanxeber.az-ın məlumatına görə, son turda keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə yaşananlar  üçün cəzalar açıqlanıb. Oyunun 78-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub Eyni zamanda “kimyaçılar”ın  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub əlavə olaraq 800 manat daha ödəyəcək.
Qarşılaşmanın 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunur.
Sözügedən görüşün  82-ci və 84-cü dəqiqələrində isə “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.
Ümumilikdə “Sumqayıt” klubuna “Neftçi” qarşılaşmasında yaşananlar üçün 5600 manat pul cəzası verilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43