Kateqoriyasız

Afrika Millətlər Kuboku: Seneqal çempion!

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, Kamerunda təşkil olunan qitə birinciliyinin finalında Seneqal və Misir yığmaları üz-üzə gəlib.

Matçın əsas vaxtında hesab açılmayıb. Qalibi penaltiələr seriyası müəyyənləşdirib. Burada Seneqal yığması daha dəqiq oynayaraq ilk dəfə bu turnirin qalibi olub.

Afrika Millətlər Kubokunun bürünc medalları turnirə ev sahibliyi edən Kamerun yığmasına qismət olub.

Afrika Millətlər Kuboku, final

6 fevral

Seneqal – Misir 0:0 (penaltilər 4:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43