Ölkə futbolu

Aftandil Hacıyev: “Bu gün komanda şəklində yaxşı oynadıq”

Topaz Premyer Liqasının VII turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Səbail” klubu “Bayıl Arena”da “Sumqayıt”ı qəbul edib. Ev sahibi komandanın baş məşqçisi Aftandil Hacıyev oyundan sonra jurnalistlərə fikirlərini bildirib:

“Rəqib heç də pis oynamadı. Çox çətin komanda olduqlarını gördük. İki fərqli hissə izlədik. Birinci hissədə hücum oynayıb, ikinci hissədə müdafiə olmağa məcbur olduq. İlk hissədəki penalti epizodunu dəyərləndirə bilsəydik, daha da fərqli oyun ola bilərdi. Nəzərə almalıyıq ki, bu gün çox çətin rəqibə qarşı oynayırdıq. “Sumqayıt” komandası topladığı xalların təsadüf olmadığını göstərdi”.

-Kevin meydana çıxarkən ona nə demişdiniz ? Oyunçu heçnə ilə yadda qalmadı.

-İkinci hissə komandama müdafiə oynamağı tapşırmışdım. Çünki, üzü küləyə oynayacağımızı bilirdik. Bunun çətinliyini yaşamaq deyə, oyunçularıma xəbərdarlıq etmişdim. Bu gün komanda şəklində yaxşı oynadığımızı düşünürəm.

-Daha öncədən külək amilini nəzərə almışdınız ?

Bəli, bunu bilirdik. Buna hazırlıqlı idik. Və ikinci hissə buna görə hazırlaşdıq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43