Kateqoriyasız

Ağabala Ramazanov: “Rəşad Sadıqov milli üçün ideal variantdır”

“İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam”.

Bu fikirləri “Zirə”nin futbolçusu Ağabala Ramazanov deyib. 27 yaşlı hücumçu bildirib ki, yığmada oyunçuları və onların xarakterini tanıyan mütəxəssis çalışmalıdır:

“Ramil Şeydayev açıqlamasında Rəşad Sadıqov deyib. Şəxsən mən də Rəşad Sadıqov deyərdim. Nəyə görə? Çünki Ramil Şeydayev bu fikri səsləndiribsə, elə-belə deməyib. Bizim xarakterimizi bilən, matçlara kökləndirən ancaq xarakterli biri olmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov milli üçün ideal variantdır (Report)”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43