Müsahibə

Aleksey Qay: “Fasilədə baş məşqçi bildirdi ki…” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qayın İdmanxeber.com saytına müsahibəsi

– Oyunla bağlı nə deyərdin?
– Yaxşı oynadıq. Bu qarşılaşmanı öz aktivimizə yaza bilərik. Əlbəttə, nəticə bizi çox sevindirir. Əsas hədəfimiz qələbə qazanmaq idi, buna da nail olduq.

– Komandanız ardıcıl beş qələbə qazanmaqla, klub rekorduna imza atdı. Bunu bilirsiniz?
– Xeyr, bilmirdim, amma sağ olun ki, bildirdiniz. Biz futbolçular statistikaya yox, daha çox öz oyunumuza fikir verməliyik. Amma istənilən halda rekorda imza atmaq da sevindirici hadisədir.

– Nəyin sayəsində belə bir qələbə qazanmağa nail oldunuz?
– Birincisi, oyuna çox yaxşı köklənmişdik. İkincisi, komakt şəkildə oynamağa çalışırdıq, bir-birimizi başa düşürdük,sığortalayırdıq. Biz bu oyunda daha çox qol vura bilərdik. Sadəcə, alınmadı.

– Məhsuldar qələbə…. 
– Fasilədə baş məşqçi bildirdi ki, arxayınlaşmaq olmaz. Ona görə də biz AZAL-a nəfər almağa imkan verməməyə çalışdıq.

– “Qəbələ”nin avrokuboklara vəsiqə qazanması realdır?
– Əlbəttə. Biz “Qəbələ”nin avrokuboklarda oynaması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün isə hər oyunda qələbə qazanmağımız lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43