İdman

“Alman tankı” “qırmızı şeytanlar”ı geridə qoydu

Çempionlar Liqasının qrup mərhələsinə “Rostov” üzərində rahat qələbə qazanan (5:0) “Bavariya” rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ardıcıl 13-cü qalib gələn Münhen təmsilçisi “Mançester Yunayted”in rekordunu qırıb. 

“Qırmızı şeytanlar” 2006-2008-ci illər aralığında ardıcıl 12 oyunu qələbəylə başa vurmuşdu.

“Bavariya” sonuncu dəfə öz meydanında 2014-cü ildə, “Real”la oyunda məğlubiyyət acısı dadıb (0:4).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43