İdman

Almaniya – Azərbaycan matçının hakimləri açıqlandı

17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsində bu gün keçiriləcək Almaniya – Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı məlumata görə, matçı Ukrayna Futbol Federasiyasından Anastasia Romanyuk idarə edəcək. Ona Oleksandra Vdovina (Ukrayna) və Karolin Kaivoja (Estoniya) köməklik edəcək. Dördüncü hakim funksiyasını Reelika Turi (Estoniya) yerinə yetirəcək.

Qeyd edək ki, Almaniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43