İdman

Kosova futbol federasiyasından AFFA rəsmilərinə qonaqlıq – FOTOLAR

Kosovo Futbol Federasiyası (FFK) AFFA rəsmiləri üçün ziyafət təşkil edib.

İdmanxeber.com-un məlumatına görə, mərasimdə FFK-nın vitse-prezidenti Agim Ademi, baş katib Eroll Salihu, İcraiyyə Komitəsinin üzvü Helal Broxa, Azərbaycan tərəfindən isə milli assosiasiyanın texniki direktoru Bernhard Lippert və menecer Murad Tahirov iştirak ediblər.

Görüş zamanı E.Salihu qonaqlara Kosovo futbolu barədə məlumat verib. Həmçinin tərəflər bir-birlərinə hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo və Azərbaycan yığmaları qarşılaşacaqlar. Mitrovitsa şəhərində Adem Yaşari Olimpiya stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43