İdman

Ronaldinyo siyasi fəaliyyətə başladı

Braziliyalı məşhur futbolçu Ronaldinyo siyasətə qoşulub.

İdmanxeber.com-un məlumatına görə, 38 yaşlı veteran idmançı vətənində Respublika Partiyasının sıralarına daxil olub. Bu partiyanın üzvləri ultrakonservativ baxışları ilə seçilirlər və ənənəvi ailə dəyərlərinin qorunub saxlanmasının tərəfdarıdırlar. Partiyaın lideri Rio-de-Janeyronun meri Marselo Krivelladır.

Ronaldinyo artıq növbəti parlament seçkilərində namizədliyini irəli sürə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43