Dünya futbolu

Almaniya millisinin Azərbaycan üçün heyəti açıqlandı

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununda Azərbaycan millisi ilə qarşılaşacaq Almaniyanın heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv yığmaya 24 futbolçu dəvət edib. Milliyə cəlb edilən futbolçular əvvəlcə martın 22-də İngiltərə ilə yoldaşlıq matçna çıxacaq. Bundan 4 gün sonra isə dünya çempionu Bakıda Azərbaycan millisi qarşılaşacaq.

Qeyd edək ki, Lukas Podolski Azərbaycana gələcək futbolçular arasında olmayacaq. O, İngiltərə ilə matçda yığma ilə vidalaşacaq.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (“Bayer”)

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”)

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund)

Hücumçular: Mario Qomes (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (“Leyptsiq”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43