Kateqoriyasız

“Amerikada məni tanımırlar” – Cerard

“Los Angeles Qalaksi” klubunun futbolçusu Stiven Cerard maraqlı fikirləri ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda xəbəri “The Telegraph” yayıb.

İngilis futbolçu Amerikadakı həyat təzinin daha rahat olduğunu bildirib:

“Amerikada məni hər şey qane edir. Burada məni tanımırlar. Çünki futbol burada 5 və ya 6-cı populyar oyundur. Ona görə də ABŞ-da digər idman növləri ilə məşğul olanlar daha məşhurdurlar, nəinki Premyer Liqadan gələn futbolçular. Bununla belə, Amerikadakı həyat tərzi mənim üçün daha rahatdır. Çünki burada sərbəst olaraq evdən çölə çıxıram, kafedə oturub kofe içirəm, kinoya da baxmağa gedə bilirəm. Bir sözlə, buradakı həyatımdan zövq alıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43