Dünya futbolu

Ançelotti Braziliya millisi üçün danışıq aparır

Kaka və Ronaldo Karlo Ançelottini Braziliya millisinə rəhbərlik etməyə razı salmağa çalışırlar.

İdmanxeber.az “The Athetic”ə istinadən xəbər verir ki, millinin sabiq üzvləri italiyalı mütəxəssisin yığmanın başına keçməsini istəyir. Onlar Braziliya Futbol Konfederasiyası (CBF) adından məşqçi ilə danışıq aparırlar.

Təcrübəli mütəxəssis də “Real”dan ayrılacağı təqdirdə Braziliya millisində çalışmağa müsbət yanaşır. Onun Madrid təmsilçisindəki gələcəyi isə bəlirsizliyini qoruyur.

İtaliyalı məşqçinin durumu “Real”ın Çempionlar Liqasındakı nəticəsindən asılı olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43