Dünyadan

Ancelotti Ronaldonu ilk “11-lik”də oynatmamasının səbəbini açıqladı

İtalyalı baş məşqçi Karlo Ancelotti Kral kubokunda “Atletiko”ya 0:2 hesabı ilə məğlub olduğları oyunu qiymətləndirərkən, Ronaldonu ilk “11-lik”də oynatmamasının səbəbini də açıqladı.

İdmanxeber.com-un məlumatına görə, Ancelotti Kriştiano Ronaldonu yorğun olduğu üçün ilk “11-lik”də oynatmadığını söylədi. Portuqaliyalı ulduz matçın 63-cü dəqiqəsində oyuna daxil olsa da zəif təsir bağışlayıb.

Oyunun sonunda təşkil edilən mətbuat konfransında danışan İtalyalı baş məşqçi- “Ronaldo bir az yorğun idi və matç ona çətin ola bilərdi. Bu səbəblə onu ilk “11-lik”də oyuna buraxmadım. “- dedi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43