Kateqoriyasız

Anqi Aqolli: “Sona kimi hörmət etmək lazımdı”

“Bu çempionluğa biz layiq idik. Haqqımız idi çempion olmaq Çünki bütün çempionat boyu biz liderlik etdik və heç bir kluba bu yeri vermədik.  Biz mövsümboyu bütün gücümüzlə işlədik və çempion olduq”

Bu sözləri İdmanxeber.com-a “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniyalı futbolçu syatımıza açıqlamasında “İnter”lə keçirəcəkləri bugünkü matça da toxunub:

“İnter”lə matça elə çıxacağıq ki, sanki çempionluq mübarizəsi davam edir. Çempion olduq o demək deyil ki, gərək elə-belə çıxaq oyunlara. Premyer Liqann özünə də sona kimi hörmət etmək lazımdı”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu saat 20:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43