“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli mövsümün sonunda “Qarabağ”dan ayrılacağı və sabiq klubu “Tirana”ya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Mən “Qarabağ”ın futbolçusuyam. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Ona görə də real bir şey yoxdur. Hazırda “Tirana”ya qayıtmaq yox, yalnız “Qarabağ” haqda düşünürəm”.
Aqolli 2010-cu ildən “Qarabağ”ın formasını geyinir.