Dünya futbolu

“Antalyaspor”dan Eto transferi ilə bağlı açıqlama gəldi

Son zamanlar “Beşiktaş” klubunun Samuel Eto ilə anlaşması xəbəri gündəmi məşğul edir.

İdmanxeber.com-un sözlərinə görə, kamerunlu futbolçunun məxsus olduğu “Antalyaspor”un vitse-prezidenti Bora Tərzioğlu məsələyə aydınlıq gətirib.

O, bildirib ki, Eto ilə bağlı kluba hələ ki rəsmi təklif gəlməyib. Etonun qalmasını istədiyini bildirən Tərzioğlu yalnız “Antalyaspor”un mənfəətləri qarşılığında oyunçunun komandadan gedə biləcəyini söyləyib.

Qeyd edək ki, 35 yaşlı hücumçu ötən mövsüm 31 matçda 20 qol və 6 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43