Kateqoriyasız

APOEL Bakıda dəstəksiz qalmayacaq

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq APOEL Bakıda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kipr təmsilçisini paytaxtımızda 75 azarkeş dəstəkləyəcək. Klubdan saytımıza bildirilib ki, Nikosiya təmsilçisi ayın 22-si, azarkeşləri isə 23-ü Bakıda olacaq.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43