Ölkə futbolu

Araz Abdullayev əvəzedici heyətə göndərilib

“Qarabağ”ın əsas komandasının futbolçusu Araz Abdullayev əvəzedici komandaya göndərilib.

Millimizin üzvü bu gün birinci divizionun 16-cı turunda “Şüvəlan”la səfər oyununda (3:1) iştirak edib.

Xatırladaq ki, konqolu hücumçu Con Delarj da ötən aydan baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici komandada oynayır.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43