İdman

Araz Abdullayev: “Qurban Qurbanova hörmətim daha da artdı”

Milli komandamız yoxlama görüşü çərçivəsində sabah Belarus millisi ilə qarşılaşacaq.

Yığmamızın üzvü Araz Abdullayev İdmanxeber.com-un əməkdaşının da iştirak etdiyi brifinqdə oyunla bağlı sualları cavablandırıb.

– Hazırlıqlar barədə məlumat verərdin…

– Hazırlıqlarımız yaxşı gedir. Qurban müəllimin başçılığı altıda sabahkı matça yüksək motivasiya ilə hazırlaşırıq.

Belarus millisi haqda dünüşcələrin nədi?

– İstəyirik ki, Azərbaycan xalqı gözəl futbol izləsin. Azarkeşlərimizə qələbə sevinci yaşatmaq istəyirik. Belarus yığması isə layiqli rəqibdi.

– Kipr mətbuatında yazılıb ki, “Anortosis” səni 150 min avro qarşılığında “Qəbələ” dən birdəfəlik transfer etmək istəyir…

– Açığı, indi millinin düşərgəsində olduğumuz üçün bütün fikrimi qarşıdakı oyunlara vermişəm. Başqa şeylər haqda düşünmürəm. Qarşıda 2 oyun var. Həmin matçlardan sonra bu haqda danışmaq olar.

Zədədən qayıtdıqdan sonra əvvəlki formanı bərpa etmək çətin olmadı?

– Əlavə məşqlər edirəm ki, formamı yığım. Qarşıdakı 2 oyunda çalışacam ki, əvvəlki formamı bir az da qaytarım.

– Avropada legioner həyatı yaşamaq bir futbolçuya nə verir?

– Ölkə xaricində oynayıb, milli komandaya dəvət alanda özünə daha çox güvənirsən. Çalşıram ki, yaxşı oyunla, vurduğum qollarla Azərbaycanı layiqincə təmsil edim. Xalqımı qürurlandırım.

– İndiyə kimi millidə bir neçə mütəxəssislə işləmisən. Onlarla Qurban Qurbanov arasında nə fərq görürsən?

– Qurban müəllim futbolçuları daha sakit başa salır. Hər bir oyunçu ilə fərdi söhbətlər edir. Onunla fərdi danışığımız az olub, ona görə də tanışlığımız azdır. Amma tanıdıqdan sonra Qurban Qurbanova hörmətim daha da artdı.

– Ölkə xaricində qalıb oynamaqla bağlı sənə məsləhət veribmi?

– Yox, belə söhbətimiz olmayıb. Ancaq qarşıdakı oyunla bağlı danışmışıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43