Kateqoriyasız

Araz Abdullayev yeni klubunda debüt etdi

Millimizin sabiq üzvü Araz Abdullayev yeni klubu “Etnikos”da rəsmi debüt edib.

O, Kiprin A Divizionunda “Apollon”la səfər matçında oynayıb. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.

Millimizin sabiq üzvü bu yay “Etnikos”la 1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43