l Divizion

“Araz Naxçıvan” cəzalandırıldı – CƏZALAR

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İK Azərbaycan birinci divizionunun sonuncu turunda baş verən hadisələrlə qərarlarını açıqlayıb.

08 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa” klubunun 25 №-li futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Karvan” – “Lokomotiv” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43