İdman

“Araz” rəqibinə şans vermədi

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirib.

İdmanxeber.com xəbər verir ki, təmsilçimiz Makedoniyanın Skopye şəhərində Gürcüstanın Tbilisi Dövlət Universiteti komandası ilə qarşılaşıb. Oyun təmsilçimizin 7-1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz"ın heyətində Everton Kardozo, Vasura və Bolinya (dubl) və Xətai Bağırov fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43