İdman

“Araz”ın ikinci məğlubiyyəti

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsilçimiz “Araz” ikinci oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Çexiyanın Pardubice şəhərindəki “CEZ Arena” kompleksində “Araz” Rusiyanın “Dina” komandası ilə qarşılaşıb. Qarşılaşma 5:4 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. “Araz”ın heyətində Amadeu (2), İsa Atayev və Çisinya fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43