Dünyadan

Arda Turan: “Karyeramı “Barselona”da bitirmək istəyirəm”

“Barselona”nın futbolçusu Arda Turan Çin klubuna keçəcəyi haqda yayılan xəbərləri təkzib edib.

Türkiyəli yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında Kataloniya klubundan ayrılmaq fikrində olmadığını deyib:

“Mən “Barselona”da xoşbəxtəm. Klubumla müqaviləm 33 yaşımda başa çatacaq. Buna görə də karyeramı “Barselona”da başa vurmaq istəyirəm”.

Qeyd edək ki, cari mövsüm Arda “Barsa”nın heyətində meydana çıxdığı 24 oyunda 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43