Kateqoriyasız

Arif Əsədov: “Oyundan qabaq futbolçularıma tapşırmışdım ki…”

Topaz Premyer Liqasının X turunda “Neftçi” səfərdə “Bakı”nı 3-1 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov qələbəni belə şərh edib:

“Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya  ciddi yanaşsınlar. Bundan öncəki turda AZAL meydançaya rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odur ki, oyunda diqqətli olmalı idik. 3-1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43