Dünya futbolu

Arsen Venger: “Bu dəfəki məğlubiyyət bizə daha pis təsir etdi”

“Futbol bir nağıl deyil. Reallığa əsaslanır. Rəqib yaxşı müdafiə olundu. Komandanın oyunundan razı qaldım. İki qol vurduq. Lakin bu mərhələni keçmək üçün yetərli olmadı.”

İdmanxeber.com-un məlumatına görə, bu sözləri səfərdə “Monako”ya 2:0 hesabı ilə qalib gəlsə də iki oyunun nəticəsinə görə ÇL-da mübarizəni dayandıran “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib:

“Bu uğursuzluğu öncəki illərdəki məğlubiyyətlərlə eyniləşdirmək düzgün deyil. Çünki daha öncə biz “Barselona” və “Bavariya”ya uduzmuşduq. Bu dəfəki məğlubiyyət bizə daha pis təsir etdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43