Dünyadan

“Arsenal” “Real”ın gənc ulduzuna “elçi” düşüb

Premyer Liqanın qalan hissəsində zirvə yarışını davam etdirmək istəyən "Arsenal"ın "Real"(Madrid) forması geyən İsco ilə yaxından maraqlandığı iddia edilir.

İdmanxeber.com-un "Daily Star"a istinadən verdiyi məlumata görə, İsco transfer üçün "Çelsi" ilə mübarizə aparan "Arsenal"ın baş məşqçisi Arsen Venger, bu futbolçunu almağı çox istəyir.

Qeyd edək ki, Madrid klubu İskonun transferi üçün 70 milyon avro tələb etdiyi də bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43