Dünya futbolu

“Simurq” Rumıniya klubu ilə qarşılaşacaq

“Simurq”un qış fasiləsində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Simurq” Rumıniyanın “Astra” klubu ilə qarşılaşacaq. Oyunun vaхtı açıqlanmayıb. Rumıniya çempionatının güclülər dəstəsində çıхış edən “Astra” qış fasiləsinə 30 xalla 4-cü pillədə yollanıb.

Qeyd edək ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43