Dünya futbolu

“Arsenal”ın oyunçusu: “Qarabağ”a qol vurmağa çalışacam”

Aleks İvobi iddialı danışıb

“Arsenal”ın oyunçusu Aleks İvobi “Qarabağ”la oyun öncəsi ölkə mətbuatına açıqlama verib. O, özünü yaxşı formada hiss etdiyini bildirib:

“Hazırda yaxşı formadayam. Baş məşqçi mənə güvənib şans versə, “Qarabağ”a qol vurmağa çalışacam. Onun  oyun üslubuna uyğunlaşdığımı düşünürəm. Məşqlərdə daha aktivəm. Fikrimcə, baş məşqçi etdiklərimdən məmnundur”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – ”Arsenal” matçı oktyabrın 4-ü yerli vaxtla saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43